PSJ -nin ukduz futbolçusu Lionel Messi keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşini geridə qoyub. Sport24.az xəbər verir ki, argentinalı hücumçu buna 7-ci dəfə "Qızıl top"u qazanmaqla nail olub.

Belə ki, Messi 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb. Yaşin isə 1963-cü ildə 34 yaş 56 günündə "Qızıl top" qazanıb.

Bununla da Lionel "Qızıl top"u qazanan 2-ci ən yaşlı futbolçu olub. Mükafatın ən yaşlı sahibi isə hələ də ingiltərəli Stenli Metyuzdur. Bu hücumçu 41 yaş 321 günündə bunu bacarıb. Metyuz "Qızıl Top"u qazanan ilk oyunçudu.