"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Nyu-York Siti"yə qarşı keçirilən oyunda (3:2) cərimə zərbəsindən birbaşa qol vurub. Sport24.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, argentinalı ulduzun karyerasında standart vəziyyətlərdən vurduğu 71-ci qol olub.
Bununla da o, Peleni (70 qol) geridə qoyaraq bu göstəricidə futbol tarixində ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya aktivində 77 qol olan braziliyalı Juninho Pernambucano başçılıq edir.