"Mançester Yunayted” Premyer Liqada son turda “Brayton”a 1:3 hesabıyla uduzub. Sport24.az xəbər verir ki, İngiltərə nəhəngi bu mövsüm ölkə çempionatının ilk 5 oyununda artıq 3-cü məğlubiyyətini alıb.

Bu, Mançester təmsilçisinin çempionatda ən zəif startıdı. “Qırmızı şeytanlar” sonuncu dəfə liqada 1989-cu ildə də belə göstərici ilə başlamışdılar.

 Erik ten Haqın komandası hazırda lider olan həmşəhəeliləri “Mançester Siti”dən 9 xal geri qalır.