"Mançester Yunayted" qapıçısı Andre Onana Səudiyyə Ərəbistanı klublarından birinə transfer oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 29 yaşlı kamerunlu qolkiperin transferi ilə bağlı danışıqlar davam edir. Lakin Səudiyyə klubunun adı açıqlanmır.

 

Qeyd edək ki, Onana 2024/25 mövsümündə 50 matçda 65 qol buraxıb. 11 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edib. Onun "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.