"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee karyerasını "Yuventus"da davam etdirə bilər. Sport24.az "Sky Italy"aya istinadən xəbər verir ki, Turin klubu 24 yaşlı hücumçunun transferində maraqlıdır.

 

Niderlandlı forvard "qırmızı şeytanlar"ın "Mançester Siti" və "Arsenal"a qarşı son iki oyununda heyətə daxil edilməyib.

 

Qeyd edək ki, "Roma" da oyunçunun xidmətində maraqlıdır. Bildirilir ki, Zirkzee Mançesterdə qalmağı üstün tutardı, lakin kifayət qədər oyun vaxtı qazana bilmədiyindən klubdan ayrılmağı düşünür.