"Mançester Yunayted" "Barselona"nın sol cinah müdafiəçisi Alexandro Balde ilə maraqlanır. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu komandadan ayrılmaq üçün agenti Jorje Mendeşə yaşıl işıq yandırıb. Baldenin İngiltərə klubuna keçidə daha çox maraq göstərdiyi bildirilir.

"Mançester Yunayted" artıq futbolçunun nümayəndəsi ilə əlaqə saxlayıb. Lakin "qırmızı şeytanlar" Balde ilə yanaşı, daha ucuz alternativ üzərində də düşünür.

Qeyd olunur ki, "Barselona" Baldeni təxminən 40-45 milyon avro dəyərində qiymətləndirir.