"Mançester Yunayted" "Brayton"un yarımmüdafiəçisi Karlos Balebanı transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn sosial şəbəkə hesabında paylaşım edib.

 

"Qırmızı şeytanlar" 22 yaşlı kamerunlu oyunçu üçün təxminən 60 milyon funt sterlinq təklif edir, əlavə 5 milyon funt sterlinq isə bonuslara daxil edilə bilər.

 

Mənbənin sözlərinə görə, "Brayton" Baleba üçün daha çox pul tələb edir. Klublar danışıqlar aparır və kompromis əldə olunacağına ümid edirlər.