"Real"ın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Arda Güleri tərifləyib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "El Chiringuito TV"-yə açıqlama verib:

 

"Mən Arda Gülərin oyununa aşiq oldum. Düşünürəm ki, o, Luka Modriç kimi olacaq... O, əvvəlcə "8", sonra isə "6" nömrə kimi inkişaf edəcək. Bernardo Silva? O, komandaya hər şeyi verir. O, oyunu dəyişdirir. Hamı onun bizimlə olmasından çox məmnundur".

 

Qeyd edək ki, 21 yaşlı türk futbolçu 2023-cü ildən "Real"ın formasını geyinir. Ardanın klubla hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. O, "Real"ın heyətində bütün turnirlərdə 112 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.