Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, növbəti oyun günündə daha 4 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi "Sabah" səfərdə İsrailin "Hapoel" (Beer-Şeva) klubunun qonağı olub. "Bayquşlar" görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub və mərhələ adlamaq şanslarını cavab matçına saxlayıb.
Günün digər oyununda "Seltik" öz meydanında LASK-ı 3:0 hesabı ilə darmadağın edib. Hazırda Şotlandiya təmsilçisində çıxış edən "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran görüşün 38-ci və 67-ci dəqiqələrində qol vuraraq dubla imza atıb.
Qeydə alınan nəticələr:
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi (İlk oyunlar)
19 avqust
"Seltik" (Şotlandiya) – LASK (Avstriya) 3:0
"Hapoel" (Beer-Şeva, İsrail) – "Sabah" (Azərbaycan) 2:1
NEYM (Niderland) – "Bodo-Qlimt" (Norveç) 1:3
"Slovan" (Bratislava, Slovakiya) – "Selye" (Sloveniya) 1:1