İsrailin "Hapoel" (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək cavab matçında yaxşı oyun göstərmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Beer-Şeva təmsilçisinin baş məşqçisi Ran Kojuk açıqlama verib.

 

Mütəxəssis "Sabah"a Rumıniyada 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:

 

"Hazırda xoşbəxtəm. Amma bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. "Sabah"ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Biz ötürmə vaxtı səhv etdik. Onlar da bundan yararlandılar. "Orhus" (Danimarka) evdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlmişdi. Səfərdə dörd cavabsız topla uduzdu. Rəqibi qiymətləndiririk. Səfərdə yaxşı oyun göstərmək istəyirik".

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.