"Hapoel" (Beer-Şeva) komandası yüksək səviyyəli kollektivdir. Sport24.az xəbər verir ki, bu barədə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas açıqlama verib.

 

Mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

 

"Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. "Hapoel" yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.