"Mançester Yunayted" fikrindən daşındıqdan sonra, "Mançester Siti" "Roma"nın yarımmüdafiəçisi Manu Koneyə "elçi" düşüb. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçunun DÇ-2026-da yüksək performans sərgiləməsi "Roma"nın onun üçün 51 milyon funt sterlinq tələb etməsinə səbəb olub. Bu isə 25 yaşlı fransız futbolçuya maraq göstərən "Mançester Yunayted"i çəkindirib.

 

Fürsətdən istifadə edən "şəhərlilər" yarımmüdafiəçi üçün hərəkətə keçiblər.