"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes "Əl-Diriyyə"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Səudiyyə Ərəbistanı klubları bir illik icarə ilə bağlı şifahi razılığa gəliblər.  "Əl-Diriyyə" oyunçunun bütün maaşını ödəyəcək. Tibbi müayinə artıq təyin edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Nunyesin adı  "Trabzonspor"la yanaşı hallandırdı. Ancaq futbolçu Türkiyə klubunun təklifini geri çevirib.