"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn dünyanın ən yaxşı müdafiəçilərinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, ingilis oyunçu bu barədə "FourFourTwo"-ya açıqlama verib:
"Ən yaxşılara qarşı oynamaqdan zövq alıram, çünki onlar mənim potensialımı ortaya qoymağa kömək edirlər. PSJ-yə qarşı çətin oyunlarımız oldu - Markinyo, Paço, iki əla müdafiəçi. Yaxşı mübarizə apardıq. Bəzilərində onlar, bəzilərində isə mən qalib gəldim. PSJ-nin son bir neçə ildə bu qədər uğurlu olmasının bir səbəbi var və onlar bunda böyük rol oynayıblar. Yəqin ki, ən çox fərqlənənlər onlardır. Bir çox aparıcı komandaların əla mərkəz müdafiəçiləri var və mən bu çətinliklərdən zövq alıram".
Qeyd edək ki, keçən mövsüm PSJ Çempionlar Liqasının yarımfinalında "Bavariya"nı iki oyunun nəticəsinə görə 6:5 məğlub edib və turnirin qalibi olub.