"Aston Villa" və İngiltərə millisinin mərkəz müdafiəçisi Ezri Konsa karyerasını "Arsenal"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.

 

London klubu 28 yaşlı futbolçunun transferi üçün 51 milyon funt sterlinq və bonuslar müqabilində razılığa gəlib. Konsa artıq komanda yoldaşları ilə vidalaşıb və cümə axşamı tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Konsa "Çarlton"un yetirməsidir və 2019-cu ilin yayından "Aston Villa"nın formasını geyinir.