"Mançester Siti"nin müdafiəçisi Con Stounz Premyer Liqada klubunu dəyişməyə yaxındır. Sport24.az xəbər verir ki, sabiq klubu "Everton" ingiltərəli futbolçunu transfer etmək istəyir.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Liverpul təmsilçisi Stounz üçün "Mançester Siti" ilə danışıqlara başlamağa hazırlaşır. "Şəhərlilər" klubla 1 illik müqaviləsi qalan 30 yaşlı mərkəz müdafiəçisinin ayrılığına problem yaratmayacaq.

 

Qeyd edək ki, "Mançester Siti" Con Stounzu 2016-cı ilin avqust ayında "Everton"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.