Bu gün I Liqada 25-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

 

Çempionluğu rəsmiləşdirən "Qəbələ" "Cəbrayıl"ı qonaq edəcək. qəbul edəcək. "Difai" isə səfərdə "Bakı Sportinq"lə isə qarşılaşacaq.

 

Qeyd edək ki, "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" klubları da növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni təmin ediblər.

 

8 may (cümə axşamı)

17:00. "Qəbələ" – "Cəbrayıl"

Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Qəbələ şəhər stadionu

17:00. "Bakı Sportinq" – "Difai"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu

9 may (cümə)

"Qaradağ Lökbatan" – MOİK

"Zaqatala" – "Karvan"

"Mingəçevir" – "İmişli"