Misli Premyer Liqasında 34-cü tura sabah start veriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalarda dörd futbolçu cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
"Zirə"dən Qismət Alıyev, Pyer Zebli, "Turan Tovuz"dan Ayxan Hüseynov, "Neftçi"dən Elvin Camalov komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Zirə" mayın 10-da "Səbail"in qonağı olacaq. "Turan" Tovuz" isə eyni gündə "Neftçi"ni qəbul edəcək. Açılış matçında mayın 9-da "Sabah" evdə "Şamaxı"nı sınağa çəkəcək. Mayın 11-də "Kəpəz" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" görüşləri baş tutacaq.