"Məni dostum Tural Cəlilov bu kluba dəvət etdi. I Liqada B kateqoriyalı baş məşqçi komandanın sükanı arxasında olmalıdır".

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Şimal"ın baş məşqçisi təyin olunan Zaur Ramazanov deyib. 

 

O, təyinatı ilə bağlı bunları söyləyib:

 

"Tural Cəlilovun B kateqoriyası yoxdur. Kömək məqsədi ilə müraciət etdilər. Mən də razılaşdım. Orada bir çox məsələləri özləri tənzimləyəcəklər. Mən sadəcə, qıraqdan kömək edəcəyəm. Nəsə lazım olsa, köməklik göstərəcəyəm. Xahiş etdilər, mən də dedim adımı yazın. Əsas əvvəlki işimdir. Orada (yaş qrupları üzrə liqalarda seleksiyaçı) fəaliyyətimə davam edəcəyəm. Hədəflər barədə bilmirəm. Özlərindən soruşsanız, yaxşı olar. Yəqin ki, mövsüm başa çatandan sonra büdcə bilinəcək".