"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında PSJ-yə uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Komandamla fəxr edirəm. Belə yarışlarda uğur qazanmaq üçün tam heyət olmalısan. Təəssüf ki, itkilərimiz var idi. Paltardəyişmə otağında göz yaşı tökən futbolçuların məyusluğunu gördüm. Bu gün ən yaxşı komanda uduzdu".