"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacağı dəqiqləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu püşkatmaya səpələnmişlər səbətində qoşulacaq.
Ağdamlılar bu raundda bir sıra güclü klublarla üz-üzə gəlməyəcək.
Bunlar "Srvena Zvezda" (Serbiya), "Slovan" (Slovakiya) və Danimarka çempionudur.
İsrail, Polşa, Macarıstan, Ukrayna və Xorvatiya liqalarının qaliblərinin hansı səbətlərdə olacağı hələlik məlum deyil.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında
II təsnifat mərhələsinin püşkatması iyunun 18-də olacaq.