PSJ-nin Çempionlar Liqasının finalına çıxmasını qeyd edən fanatlar Yelisey çöllərində avtomobil yandırıblar. Sport24.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat paylaşıb.

 

Sosial şəbəkələrdə fövqəladə hallar xidmətinin əməkdaşlarının yanan avtomobili necə söndürdüyünü, Paris komandasının azarkeşlərinin isə sevinərək hadisələri telefona çəkdikləri ilə bağlı video yayımlayıb.

 

Azarkeşlər tüstü bombalarından və məşəllərdən istifadə ediblər. Polis özündən çıxan fanatları su şırnağı və gözyaşardıcı qazla dağıdıb.