Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Betis" səfərdə "Fiorentina"nın qonağı olacaq.

 

"Çelsi" isə Londonda "Yurqorden"lə qarşılaşacaq.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. 

 

 

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

23:00. "Fiorentina" (İtaliya) - "Betis" (İspaniya)

İlk oyun - 1:2.

23:00. "Çelsi" (İngiltərə) - "Yurqorden" (İsveç)

İlk oyun - 4:1.