Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək. Sport24.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin cavab görüşündə "Budyo Qlimt" "doğma divarlar" arasında "Tottenhem"lə üz-üzə gələcək.
"Atletik"i isə səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda baş tutacaq.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
23:00. "Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:3.
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya)
İlk oyun - 3:0.