PSJ-nin qapıçısı Canluici Donnarumma Kilian Mbappenin gedişindən sonra komandanın necə dəyişməsindən danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Eurosport"a danışıb:

 

"Bizim mentalitetimiz dəyişdi, indi biz daha böyük  komandayıq. Kilian üçün darıxırıq, o, dünyanın ən yaxşı oyunçularından biridir və əla dostdur. PSJ komanda olaraq daha çox sıx birləşdi və biz indi daha güclüyük".

 

Qeyd edək ki, PSJ Çempionlar Liqasının finalında "İnter"lə üz-üzə gələcək. Qarşılaşma mayın 31-də Münhendə baş tutacaq.