"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı italiyalı ilə "Mançester Yunayted" maraqlanır. Daha əvvəl isə futbolçunun "Barselona" ilə danışıqlar apardığı haqda xəbərtlər yayılmışdı.

 

Qeyd edək ki, Kin bu mövsüm 41 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.