"Ayntraxt"ının hücumçusu Ömər Marmuş tezliklə "Mançester Siti"nin formasını geyinəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında danışıqlar yekunlaşmaq üzrədi.

 

"Mançester Siti" artıq Marmuşla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola onu "Atletiko"ya keçən Xulian Alvaresin əvəzləyicisi gözündə görür. 

 

Qeyd edək ki, 25 yaşlı misirli futbolçu Bundesliqanın cari mövsümündə Franskfurt klubunun heyətində 15 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.