"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşa biləcəyi bəzi rəqiblər müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələnin püşkatmasında səpələnməmiş komandalar səbətində yer alacaq.

 

Buna baxmayaraq, paytaxt təmsilçisinin nisbətən münasib rəqiblərdən biri ilə üz-üzə gəlmək ehtimalı da var.

 

Artıq dəqiqləşən potensial rəqiblər bunlardır:

 

"Srvena Zvezda" (Serbiya) – "Larne" (Şimali İrlandiya) cütünün qalibi;

"Dinamo" (Xorvatiya) – "Tun" (İsveçrə) cütünün qalibi;

"Slovan" (Slovakiya) – "İberia" (Gürcüstan) cütünün qalibi;

"Lex" (Polşa) – "Orhus" (Danimarka) cütünün qalibi.

 

Dəqiqləşməyən potensial rəqiblər

 

"Tsele" (Sloveniya) – "Eqnatiya" (Albaniya);

"Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan).

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 20-də keçiriləcək. "Sabah" II təsnifat mərhələsində Finlandiyanın "Kups" klubu ilə qarşılaşacaq.