"Mançester Siti" "Lill"in yarımmüdafiəçisi Əyyub Buaddini transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

"Şəhərlilər" 18 yaşlı futbolçunu gələcək planlar üçün nəzərdə tutub. PSJ və adı açıqlanmayan iki klubun da mərakeşli futbolçu ilə maraqlandığı bildirilir.

 

Qeyd edək ki, Buaddi ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib və bir məhsuldar ötürmə edib.