İtaliyanın "İnter" klubu üç futbolçu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, Milan təmsilçisi Françesko Açerbi, Matteo Darmian və Stefan de Vreylə vidalaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Hər üç oyunçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

 

De Vrey 2018, Darmian 2021, Açerbi isə 2022-ci ildən "İnter"də çıxış edirdi.