İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafəçisi Rodri əməliyyat olunacaq. Sport24.az xənər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun zədəsi açıqlanmasada, problemin aradan qaldırılması üçün cərrahi müdaxilə planlaşdırılıb. Əməliyyat İspaniya millisinin DÇ-2026-da çıxışını başa vurduqdan sonra həyata keçiriləcək.
Qeyd edək ki, Rodri yeni mövsümün startını buraxacaq. Bununla belə, onun bərpa prosesinin uzun sürməsinin gözlənilmədiyi bildirilir.