"Neftçi" yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib. Sport24.az xəbər verir ki, iyunun 29-da Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb.

 

Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.

 

"Neftçi" burada 4 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ açıqlanmayıb.