Fil Dişi Sahili ilə Norveç arasında keçiriləcək görüşdə qalibi proqnozlaşdırmaq çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü və məşqçisi Mahmud Qurbanov deyib.
53 yaşlı veteran futbolçu Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin Kot d'İvuar - Norveç, Fransa - İsveç və Meksika – Ekvador qarşılaşmalarından gözləntilərini bölüşüb:
"Bununla belə, Afrika təmsilçisini bir qədər üstün hesab edirəm. Fransa isə böyük ehtimalla İsveç üzərində qələbə qazanacaq. Meksika – Ekvador qarşılaşmasında da favorit meydan sahibləridir. Meksika bu turnirdə inamlı təsir bağışlayır və doğma azarkeşləri önündə çıxış etməsi onların üstünlüyüdür. Ümumilikdə isə bu il turnirdə çoxlu gözlənilməz nəticələr qeydə alınır. Almaniya əsas favoritlərdən biri sayılsa da, dünən məğlub oldu. Niderland da eyni aqibəti yaşadı. Belə vəziyyətdə heç kimin şans vermədiyi komandaların turnirdə sürpriz etməkləri tam mümkündür. Fikrimcə,çempion olmağa əsas namizədlər Fransa, İspaniya, Braziliya, Argentina və Portuqaliyadır".
Qeyd edək ki, bu gün saat 21:00-da Kot d'İvuar yığması Norveçlə qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Braziliya ilə qarşılaşacaq.
Mundialın əsas favoritlərindən olan Fransa millisi isə gecə satlarında meydana çıxacaq. Belə ki, fransızlar İsveçlə görüşəcək. Oyun saat 01:00-da başlayacaq. Saat 05:00-da Meksika – Ekvador matçı start götürəcək.