"Trabzonspor"un futbolçusu Felipe Auqusto karyerasını Rusiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Zenit" braziliyalı hücumçunun transferi üçün türklərlə anlaşıb.

 

Bu barədə Rusiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sankt-Peterburq təmsilçisi Felipe üçün "Trabzonspor"a 15 milyon avro transfer haqqı və 5 milyon avro bonuslar ödəyəcək.

 

Hücumçu ötən mövsüm Qaradəniz təmsilçisində 40 oyunda 15 qol vurub.