Gürcüstanın "Dinamo" klubunun aşağı yaş qruplarından ibarət komandası Bakıya gələcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, hələlik U-16 və U-17 komandalarının paytaxtımıza təşrif buyuracağı bilinir.
Qonşu ölkə təmsilçisi burada "Qarabağ" klubunun müvafiq yaş qrupları ilə yoxlama oyunları da keçirməyi planlaşdırır.
Səfərin avqust ayında olacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" U-14 və U-19 komandalar avqustda Tbilisiyə yollanacaq.