"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bölgə klubu Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə 1+1 illik müqavilə bağlayıb.

 

25 yaşlı mərkəz müdafiəçisinin son klubu "Bravo" (Sloveniya) olub.

 

O, buna qədər "Şole", "Amyen", "Pau", "Vilfranş" (hamısı Fransa), "Çaykur Rizespor" (Türkiyə) klublarının şərəfini qoruyub.