"Sabah"ın futbolçusu Timoteuş Puxaçın karyerasını vətənində davam etdirmək imkanı olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı cinah müdafiəçisi ilə Polşanın "Rakuv" və "Legiya" (Varşava) klubları maraqlanıb.
Mənbənin bildirdiyinə əsasən, hər iki Ekstraklasa təmsilçisi agentlər vasitəsilə futbolçuya təklif göndərib və onun transfer imkanlarını dəyərləndirib.
Lakin Timoteuş Puxaç karyerasını "Sabah"da davam etdirmək istədiyi üçün bu variantları qəbul etməyib.
Qeyd edək ki, polşalı müdafiəçi ötən mövsümü icarə əsasında "Sabah"da keçirib. Mövsümün sonunda isə Masazır təmsilçisi onun transfer hüquqlarını Almaniyanın "Holştayn" klubundan birdəfəlik alıb.