"Rayo Valekano"nun futbolçusu Pep Çavarriya karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər berir ki, "Çelsi" sol cinah müdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə "BBC Sport" məlumat yayıb.

 

Məlumata görə, Çavarriyanın transferi Mark Kukurelyanın birbaşa əvəzlənməsi məqsədi daşımır. Belə ki, ispan müdafiəçi qısa müddət əvvəl "Real"a transfer olunub. Onun boşluğunu isə komandanın yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında Jorrel Hatonun dolduracağı gözlənilir.

 

Daha çox hücumameyilli xüsusiyyətləri ilə seçilən Çavarriya isə Alonso cinah müdafiəçiləri ilə oynamağa üstünlük verəcəyi təqdirdə komandaya əlavə seçim imkanı qazandıracaq.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu arxada qalan mövsümdə La Liqada 33 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.