Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" iyulun 1-də iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Ukraynanın "Xarkov" klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və "Qarabağ"ın rəsmi "YouTube" kanalında canlı yayımlanacaq.

 

Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə oyun isə Bakı vaxtı ilə saat 19:30-da start götürəcək və "Sport TV" vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında yerli "Tirol" klubuna 4:0 hesabı ilə qalib gəlib.