"Monako" iki futbolçusu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mərkəzi müdafiəçi Vut Fas "Lester"ə, Simon Adinqra isə "Sanderlend"ə keçib.

 

Qeyd edək ki, Fas "Monako"da 16 oyunda meydana çıxıb. Adinqra isə "Knyazlıq" klubunun heyətində 17 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda dünya çempionatında mübarizə aparan Fil Dişi Sahili millisinin düşərgəsindədir.