"Makkabi"nin baş məşqçisi Barak Baxar "Sabah"a qarşı bu gün Bakıda keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, Hayfa klubunun rəsmi saytına danışan israilli mütəxəssis komandasının şanslarını dəyərləndirib:

 

"İlk oyunda çox pis nəticə oldu. Matça yaxşı başladıq, lakin dəqiqələr ötdükcə oyuna nəzarəti əldən verdik. Belə olmamalı idi. Bütün həftə düzgün oynamaq, aqressiv olmaq üçün çalışdıq. İnanırıq ki, "Sabah"a yaxşı hesabla qalib gələcəyik. Çətin olacağını bilirik, amma inanırıq. Biz çətinlikləri dəf etmək və heyrətamiz işlər görmək üçün burdayıq".

 

Qeyd edək ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın dünən oyunöncəsi mətbuat konfransı baş tutmayıb. Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.