"Nürnberq"in formasını geyinən Mahir Emreli aktivinə daha bir qol yazıb. Sport24.az xəbər verir ki, millimizin də şərəfini qoruyan forvardın komandası Almaniya kubokunun 1/16 finalında "Hofffenhaym"la qarşılaşıb. 

 

Start heyətdə meydana çıxan Mahir matçın 48-ci dəqiqəsində adını tabloya yazıdırıb. Bununla da  Mahir "Nürnberq"də ardıcıl 3-cü oyununda qol vurub. O, II Bundesliqanın IX və X turunda da rəqib qapısına yol tapıb.

 

Hücumçumuz  matçın 81-ci dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, oyun "Hoffenhaym"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb və "Nürnberq" kubokda mübarizəni dayandırıb.