"Milan"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatından sonra karyerasını başa vura və "Real"da yüksək post tuta bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Modriçin karyerasını başa vuracağı mayın sonlarında açıqlanmışdı. Onun "Milan"la müqaviləsi iyunun 30-da bitir və hələ yenilənməyib. 40 yaşlı xorvatiyalı isə komandadan ayrılacağını hələ açıqlamayıb.

 

Modriç 2025/26 mövsümündə "rossoneri"nin heyətində bütün turnirlərdə 37 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Xatırladaq ki, Modriç 2012-2025-ci illərdə "Real" oynayıb və klubun heyətində 597 oyun keçirib.

 

Qeyd edək ki, DÇ-2026 Modriçin beşinci mundialıdır. O, Xorvatiya millisi ilə 2018-ci il dünya çempionatında gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb.