"Sabah" klubu futbolçusu İqor Noqeyra ilə yollarını ayıra bilər. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi ilə bağlı yekun qərarını verməyib.
30 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni sözləşmə üzrə danışıqlar aparılır. Klub rəhbərliyi Noqeyraya əvvəlkindən aşağı maaşla yeni müqavilə təklif edib.
Mənbənin bildirdiyinə əsasən, oyunçu bu şərtləri qəbul edərsə, "Sabah"da qalacaq. Əks halda, tərəflər arasında yolların ayrılması gündəmdədir.
Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən "Sabah"ın formasını geyinir və komandanın müdafiə xəttində mühüm fiqurlardan biri olub.