"Barselona"nın hücumçusu Robert Levandovski "Çikaqo Fayr"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Polyak transferi yekunlaşdırmaq üçün agenti Pini Zahavi ilə birlikdə ABŞ-a yollanıb. MLS klubu polyakla razılaşma əldə etmək üçün hər cür səy göstərir.
"Çikaqo" iki və ya üç illik müqavilə təklif etməyə planlaşdırır. anlaşmanın müddəti Levandovskinin qərarından asılı olacaq.
Qeyd edək ki, Levandovski mövsümün sonunda "Barselona"dan azad agent kimi ayrılıb. O, 2022-ci ildən kataloniyalılarda oynayır. Bu mövsüm polyak bütün turnirlərdə 46 oyun keçirib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.