"Liverpul" və PSJ Bredli Barkollun transferi üçün rəsmi danışıqlara başlayıblar. Sport24.az xəbər verir ki, bu barədə insayder fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin özlərinə görə, İngiltərə klubu 23 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklif edib. Oyunçunun özü də "Liverpul"a keçməkdə maraqlıdır.

 

Qeyd edək ki, hücumçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.