Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə müqavilə imzalayıb və ona ləqəbi ilə meydana çıxmağa icazə verilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

 Yerli federasiyanın Əsasnaməsinə görə, Çili Premyer Liqasında oyunçuların yalnız əsl adları formada yazıla bilər. Əsl adı Josimar Jose Evora Dias olan Vozinya DÇ-2026 zamanı ləqəbi ilə şöhrət qazanıb. Turnirdəki çıxışı onun sosial mediadakı izləyicilərinin sayını bir neçə mindən milyonlara çatdırıb.

 

Bu üzdən Çili Futbol Federasiyası 40 yaşlı qapıçı üçün istisna edib və bu, liqadakı digər klublar tərəfindən də təsdiqlənib. 

 

Qeyd edək ki, ötən mövsümün sonunda Portuqaliya təmsilçisi "Şaveş"dən ayrılan Vozinya Çili klubuna azad agent statusu ilə qoşulub.