Dünən  hakimlərin Tbilisidə keçirilən yay təlim-məşq toplanışında Gürcüstan Futbol Federasiyasının baş katibi David Mujiri Cüneyt Çakırın müqaviləsinin bitdiyini və yenilənməyəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, Çakır 2023-cü ilin avqustundan hakimlik şöbəsinə rəhbərlik edirdi.

 

Onun yerinə isə keçmiş müavini David Xaritonaşvili  təyin olunub. 

 

Türkiyəli bundan sonra Rusiyada çalışacaq. İyulun 27-də Rusiya Futbol İttifaqı onun birinci divizion hakimlərinin kuratoru təyin olunduğunu açıqlayıb. Çakır həmçinin Ekspert Hakimlər Komissiyasının (ERC) üzvüdür.

 

 

 

Qeyd edək ki, Çakırdan başqa, rusiyalı hakimlərin rəhbərliyinə serb Milorad Majiç (hakimlik və yoxlama şöbəsinin müdiri, hakimlər komitəsinin üzvü, Avropa Futbol Konfederasiyasının üzvü), serb Dalibor Djurdjeviç (video köməkçilərin kuratoru, hakimlik və yoxlama şöbəsinin əməkdaşı, hakimlər komitəsinin üzvü) və ispaniyalı Maria Luisa Villa Qutyerres (qadın hakimlərin meneceri) daxildir.