Braziliyalı futbolçu Dario Frederiko "Kəpəz"ə qayıtmaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, hazırda 34 yaşı olan vinger bu barədə sosial şəbəkədə yazdığı şərhdə bildirib.

Dario "Azeleagueballer" səhifəsinin onun haqqında paylaşdığı videonun altında bunları yazıb:

"10 il əvvəlki Dario deyiləm. Amma yenə də məndən sonra gələnlərin hamısından daha yaxşı oynayıram. Lakin "Kəpəz" məni geri qaytarmaq istəmədi və dedi ki, artıq həddindən artıq qocalmışam".

Qeyd edək ki, hazırda klubsuz olan braziliyalı futbolçu 2015-ci ilin yayından 2017-ci ilin yayınadək, həmçinin 2018-ci ilin əvvəlində "Kəpəz"in formasını geyinib.