"Latsio" "Yuventus"un yarımmüdafiəçisi Nikolas Qonsalesin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, paytaxt təmsilçisinin baş məşqçisi Mauritsio Sarri 27 yaşlı argentinalını sərəncamında görmək istəyir. "Latsio" argentinalıya görə 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qonsales 2024/25 mövsümündə meydana çıxdığı 35 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb nun "Yuventus"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.